AZ

Myanma prezidenti vəzifəsini icra edən şəxs vəfat etdi

Myanma prezidenti vəzifəsini icra edən Myint Sve 74 yaşında vəfat edib.

 

Bu barədə ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası məlumat yayıb.

 

Qeyd edək ki, Myint Sve 2016-cı ildən vitse-prezident vəzifəsində çalışır. 1 fevral 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra o, hərbçilər tərəfindən devrilmiş Vin Myintin yerinə prezident səlahiyyətlərini icra edən şəxs təyin edilib.

 

APA

Tarix: 7 Avqust 2025, 09:53   
Seçilən
59
13
pravda.az

10Mənbələr