AZ

İsveçrənin əczaçılıq şirkəti Azərbaycan bazarından gedir

“Meda Pharmaceuticals Svvitzerland GMBH” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, Yeni Həyat Plaza ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Meda Pharmaceuticals Switzerland GmbH” İsveçrəyə məxsus bir şirkətdir. Şirkətin fəaliyyət sahəsi əczaçılıq (farmasevtika) sənayesi ilə bağlıdır. O, müxtəlif növ dərman vasitələrinin tədqiqatı, inkişafı, idxalı, ixracı, paylanması və satışı ilə məşğul olur.

Seçilən
15
banker.az

1Mənbələr