AZ

Çingiz Aytmatovdan bəhs edən film gələn il ekranlara çıxacaq

Yazını böyüt
Yazını kiçilt

Qırğız ədəbiyyatının görkəmli siması, dünya ədəbiyyatının və türk dünyasının tanınmış müəllifi Çingiz Aytmatovun həyatı böyük ekrana gətiriləcək.

Hafta.az-ın yazdığına görə, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclik Siyasəti Nazirliyi türk dünyasının ən böyük yazıçılarından biri olan Çingiz Aytmatovun həyatından bəhs edən bioqrafik film layihəsinə start verib. Filmin rejissoru qırğızıstanlı gənc rejissor, “Beyiş - Enenin tamanynda” (“Anaların ayaqları altında cənnət”) blokbaster istehsalı ilə tanınan Kanıbek Kalmatovdur.

Filmdə Aytmatovun uşaqlıq, gənclik və yazıçılıq karyerası, Qırğızıstan cəmiyyətindəki intellektual rolu və ədəbi irsi, milli kimlik uğrunda mübarizəsi və ümumbəşəri ideyaları real hadisələrə əsaslanan povestdə araşdırılacaq. 2026-cı ildə nümayişi planlaşdırılan filmin məqsədi Aytmatovun çətin həyatına baxmayaraq əldə etdiyi beynəlxalq uğurları və türk dünyasına verdiyi töhfələri gənc nəsillərə çatdırmaqdır. Rejissor Kalmatov hazırda çəkilməkdə olan film haqqında “Bu, ictimaiyyətin yaddaşında qalacaq filmdir” deyib.

Seçilən
1
hafta.az

1Mənbələr