Bəzi xəbər səhifələrində və sosial şəbəkələrdə xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin nüfuzlu “Grammy” mükafatına layiq görülməsi ilə bağlı xəbərlər dərc olunub.
Moderator.az -a özəl açıqlama verən bəstəkar məsələyə aydınlıq gətirib:
“Dünyanın ulduz skripkası olan Hillari Han mənim əsərlərimin yer aldığı diski “Grammy” mükafatı alıb. Hətta o bu diski mənim əsərimin adı ilə “İmplus” adlandırıb. O bu mükafatı mənim əsərlərimə görə alıb. Başqa heç kimin adı heç vaxt “Grammy”-nin yanından belə keçməyib” deyə sənətkar bildirib.
Firəngiz Əlizadə bildirib ki, əsərləri xarici musiqiçilər tərəfindən ifa olunarkən o qonorar alır:
“Təbii ki, qonorar alıram. Disklərim satıldıqca, əsərlərim ifa olunduqca mənə qonorar gəlir” deyə bəstəkar bildirib.