ABŞ prezidenti Donald Tramp ölkəyə idxal edilən çiplərə 100 faizə yaxın gömrük rüsumunun tətbiq ediləcəyini deyib.
Marja.az xəbər verir ki, Tramp Oval Ofisdə jurnalistlərə bildirib ki, yeni tarif dərəcəsi “ABŞ-a gələn bütün çiplər və yarımkeçiricilər” üçün tətbiq olunacaq, lakin ABŞ-da istehsal öhdəliyi götürmüş şirkətlərə şamil edilməyəcək.
"Biz çiplərə və yarımkeçiricilərə çox yüksək tarif tətbiq edəcəyik, lakin Apple kimi şirkətlər üçün yaxşı xəbər odur ki, əgər siz ABŞ-da istehsal edirsinizsə və ya ABŞ-da istehsal etməyi öhdəsinə götürmüsünüzsə, heç bir gömrük rüsumu olmayacaq", - Tramp bildirib.
Trampın çıxışından sonra Apple şirkətinin rəhbəri Tim Kuk da 100 milyard dollarlıq yeni investisiya planını açıqlayıb.