AZ

İsrail ordusu Livana zərbələr endirib

Yazını böyüt
Yazını kiçilt

İsrail ordusu Livanın cənubuna endirilən son zərbələrin hədəfinin "Hizbullah"ın hərbi obyektləri olduğunu bəyan edib.

Hafta.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, hədəflər arasında silah anbarları, raket qurğuları və bölgədə terrorçuların infrastrukturunu bərpa etməyə imkan verən mühəndislik avadanlığının saxlanıldığı obyektlər olub.

Ordunun məlumatına görə, hərəkat Livan əhalisindən canlı qalxan kimi istifadə edərək respublikanın hər yerində obyektlərini yenidən qurmağa cəhd edir ki, bu da İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır.

Seçilən
1
hafta.az

1Mənbələr