AZ

Davranış dəyişikliyi insan əcdadlarında dişlərin təkamülünü təyin etdi

İnsan əcdadları əvvəlcə davranışlarını dəyişdi, sonra fiziologiyasını

QHT.az xəbər verir ki, tədqiqatlar göstərir ki, insanın əcdadları dişləri belə uyğunlaşmadan xeyli əvvəl qaba bitkilərlə qidalanmağa başlayıblar. Bu, təkamüldə davranışın fizioloji dəyişikliklərdən əvvəl gəldiyinə dair ən qədim sübutlardan biri kimi qiymətləndirilir. ABŞ və Kanadadan olan alimlər Australopithecus afarensis və digər qədim primatların dişlərinin izotop tərkibini təhlil ediblər. Nəticədə məlum olub ki, 3,4–4,8 milyon il əvvəl bu növlər meyvə və həşərat əvəzinə daha çox ot və çəmənlik bitkiləri ilə qidalanmağa keçiblər. Lakin bu sərt qidalara uyğun fizioloji dəyişikliklər, məsələn, daha möhkəm dişlər və ya həzm sistemində dəyişikliklər daha gec baş verib.

Əsas dəyişikliklərdən biri 2,3 milyon il əvvəl baş verib – Homo rudolfensis kimi erkən insanlar dənli bitkilərin yeraltı hissələrini su mənbəyi kimi istifadə etməyə başlayıblar. Lakin molar dişlərdə müşahidə olunan uyğunlaşmalar izotop dəyişikliyindən təxminən 700 min il sonra baş verib.

Bu tədqiqat sübut edir ki, insan əcdadlarında qidalanma davranışı fizioloji təkamüldən öncə dəyişib – yəni əvvəlcə davranış, sonra uyğunlaşma gəlib.

 

R.İmanov

Seçilən
18
qht.az

1Mənbələr