AZ

Apple şüşə örtüklərini artıq ABŞ-də istehsal edəcək

Tim Kuk: Hər bir iPhone və Apple Watch ABŞ-də istehsal olunan şüşə ilə təchiz olunacaq...

Apple şirkətinin baş direktoru Tim Kuk yaxın vaxtlarda bütün yeni iPhone və Apple Watch modellərinin ABŞ-da istehsal olunmuş şüşə örtüklərlə təchiz ediləcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, onun bu barədə çıxışı ABŞ Prezident Administrasiyasının YouTube kanalında yayımlanıb.

“İlk dəfə olaraq: dünyanın harasında satılmasından asılı olmayaraq, hər yeni iPhone və Apple Watch Kentucky ştatında istehsal olunmuş şüşə ilə təmin ediləcək”, deyə Tim Kuk bildirib.

Kuk qeyd edib ki, məhz bu ştatda Apple məhsulları üçün dünyanın ən böyük və texnoloji cəhətdən ən inkişaf etmiş şüşə istehsal xətti qurulacaq.

Qeyd edək ki, iyun ayında Tayvanın elektronika istehsalı üzrə podratçısı Foxconn-un Apple-ın Hindistandakı istehsal strategiyasında iştirakını əhəmiyyətli dərəcədə genişləndirəcəyi açıqlanmışdı. Bu, ilk dəfə olaraq iPhone modelləri üçün metal korpusların Hindistanda yerli istehsalını da əhatə edir.

Bütün bu proseslər ABŞ-ın geosiyasi mövqeyi ilə də bağlıdır. Belə ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl iPhone modellərinin məhz ABŞ ərazisində istehsal olunmasını tələb etmiş və əks halda Apple rəhbəri Tim Kuka qarşı 25%-dən az olmayaraq gömrük rüsumları tətbiq edəcəyi ilə hədələmişdi.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr