AZ

İsrail səfirliyinin əməkdaşlarını öldürməkdə şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi

BAKI, 7 avqust. TELEQRAF

İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşını qətlə yetirən şəxsə qarşı irəli sürülən ittihamlar bəlli olub.

Teleqraf "Əlcəzirə"yə istinadən xəbər verir ki, 22 may 2025-ci ildə İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşını Yəhudi Muzeyi qarşısında güllələyən şəxs
federal nifrət cinayəti və qətl daxil olmaqla 9 cinayət əməlində ittiham olunub.

Vaşinqtonda federal məhkəməyə təqdim edilmiş sənədlərdə müttəhim Elias Rodriguezinittiham olunduğu maddələr öz əksini tapıb.

Rodriguez həbs olunarkən “Azad Fələstin” şüarları səsləndirib.O, polisə ilkin ifadəsində “Mən bunu Fələstin üçün etdim, bunu Qəzza üçün etdim” deyib.

Seçilən
105
teleqraf.com

1Mənbələr