AZ

Siqaret çəkənlər üçün iki vacib qida

Amerikalı həkimlər müntəzəm olaraq çoxlu alma və pomidor yeyən keçmiş siqaret çəkənlərin ağciyər funksiyalarının daha tez bərpa olunduğunu təsdiqləyən on illik tədqiqatın nəticələrini dərc ediblər.

Publika.az xəbər verir ki, bərpa tempində əsas fərqlər gündə ən azı iki pomidor və üçdən çox meyvə yeyənlərdə görünüb.

Hətta heç vaxt siqaret çəkməyən insanlarda alma və pomidor ağciyər funksiyasının yaşla əlaqədar azalmasını ləngidə bilər.

Araşdırmada üç Avropa ölkəsinin 680 sakini iştirak edib.

Mütəxəssislərin fikrincə, müsbət təsir pomidor və meyvələrdə olan antioksidantlarla izah olunur.

Seçilən
22
publika.az

1Mənbələr