AZ

“Abrams” haqqında məlumatları Rusiyaya ötürməyə cəhd edən hərbçi ələ keçib

Amerikalı hərbçi Texas ştatında “M1 Abrams” tankının istismarı ilə bağlı məlumatları Rusiyaya ötürməyə cəhd edərkən həbs edilib.

"Report"un xəbərinə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Müttəhim Rusiyaya Milli Müdafiə və “M1A2 Abrams-“ın istismarı ilə bağlı məxfi məlumatları ötürməyə cəhd edib.

İyul ayında həbs olunan şəxs “M1 Abrams” haqqında ətraflı sənədləri təhvil verib və tankın avadanlıq komponentlərindən birinin Rusiya hökumətinin nümayəndəsi olduğuna inandığı şəxsə verilməsini müzakirə edib.

İyulun sonlarında 22 yaşlı Taylor Li vəd edilmiş hissəni təyin olunmuş yerə gətirib, bundan sonra o, həbs olunub.

Seçilən
7
report.az

1Mənbələr