AZ

ABŞ Süleyman Kərimovun superyaxtasını hərraca çıxaracaq

BAKI, 7 avqust. TELEQRAF

ABŞ hakimiyyəti rusiyalı deputat və oliqarx Süleyman Kərimova məxsus "Amadeus" superyaxtasını satmaq qərarına gəlib.

Teleqraf "The Independent"ə istinadən xəbər verir ki, buna səbəb kimi "texniki xidmət və ekipaj üçün həddindən artıq xərclər"in olması göstərilib.

Yaxta 2022-ci ilin may ayında Ficidə müsadirə edildi və o vaxtdan bəri saxlanması üçün 30 milyon dollardan çox xərc çəkilib.

Hazırda San Dieqoda yan alan 106 metrlik yaxta 2017-ci ildə Almaniyanın Lürssen şirkəti tərəfindən sifarişlə hazırlanıb. Yaxtanın dizayneri Fransua Zuretti olub.

Yaxtada geniş mərmər interyer, səkkiz kabin, gözəllik salonu, spa, idman zalı, helikopter meydançası, üzgüçülük hovuzu və lift var.

Qeyd olunur ki, bununla ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsadirə etdiyi əmlakı ilk dəfə satışa çıxarır.

Hərracın 10 sentyabr 2025-ci il tarixinə keçirilməsi planlaşdırılır. Hərracda iştirak etmək üçün ərizəçilər 10 milyon ABŞ dolları məbləğində depozit qoymalıdırlar.

Seçilən
35
teleqraf.com

1Mənbələr