AZ

Rubio: Ukrayna münaqişəsinin nizamlanması üçün hələ çox iş görülməlidir

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Prezident Trampın xüsusi nümayəndəsi Stiven Uitkofla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş məhsuldar keçib, lakin Ukraynada münaqişənin tam həlli üçün hələ çox iş görülməlidir.

APA xəbər verir ki, bu barədə o, "Fox Business" telekanalına müsahibəsində danışıb.

“Bu gün yaxşı keçdi, amma hələ görüləsi çox iş var. Qarşımızda bir sıra maneələr var və ümid edirik ki, bunları yaxın günlər və saatlar ərzində aradan qaldıra biləcəyik,” – deyə Rubio qeyd edib.

Seçilən
103
1
apa.az

2Mənbələr