AZ

Gecə yarısı tez tez oyanmağın əsas səbəbi aşkarlanıb Nevroloqdan tövsiyələr

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gecə yuxudan tez-tez oyanmaq problemi bir çox insanı narahat edir.

Milli.Az xəbər verir ki, bu vəziyyətin səbəbləri ilə bağlı nevroloq Stella Maris Valensi açıqlama verib.

Onun sözlərinə görə, belə halların əsas səbəblərindən biri ağır stress və sinir gərginliyidir.

Mütəxəssis bildirir ki, stres yuxu üçün həyati əhəmiyyət daşıyan hormonların səviyyəsini azaldır və bu, kabusların yaranmasına və yuxunun tez-tez bölünməsinə səbəb olur. Valensinin sözlərinə görə, yuxu pozuntuları yalnız psixoloji deyil, fiziki amillərlə də bağlı ola bilər.

Gecə oyanmalarına səbəb ola biləcək fiziki faktorlar:

Tez-tez sidiyə getmək ehtiyacı

Yuxu apnesi

Turşu reflüsü

Qarın bölgəsində artıq çəki

Soyuqdəymə və ya qrip

Yaşla bağlı dəyişikliklər

Otaqda narahat temperatur

Yuxu keyfiyyətini artırmaq üçün Valensinin tövsiyələri:Hər gün eyni saatda yatmaq və oyanmaq

Yataq otağında rahat temperaturu qorumaq

Axşam ağır və yağlı yeməklərdən uzaq durmaq

Gün ərzində kifayət qədər fiziki aktivlik

Yatmazdan əvvəl telefon və planşet kimi cihazlardan uzaq qalmaq

Alkoqoldan tamamilə imtina etmək

Nevroloq qeyd edir ki, bu sadə qaydalara əməl etməklə yuxunun bölünməsinin qarşısını almaq və daha dərin, rahat yuxuya nail olmaq mümkündür.

Kənan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
news.milli.az

2Mənbələr