AZ

Macarıstanda Orbanı öldürmək üçünKİLLER AXTARAN ŞƏXS SAXLANILIB

Budapeşt Regional Prokurorluğu Macarıstanın Baş naziri Viktor Orbanı öldürməyə hazırlıq faktı ilə bağlı iş açıb.

 

Bu barədə "Index" məlumat yayıb.

 

İstintaqın müəyyən etdiyi kimi, saxlanılan şəxs 2025-ci ilin iyulunda Orban üçün "ən yaxşı muzdlu qatili" tapmaq məqsədilə sosial şəbəkələrdə çağırış edib və bunun əvəzini milli və ya xarici valyuta ilə ödəyəcəyini vəd edib.

 

Macarıstan hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kimliyini müəyyən edərək onu saxlayıb və nəzarətə götürüblər. Şübhəli şəxs cinayət törətmək istədiyini etiraf edib.

Seçilən
16
2
senzor.az

4Mənbələr