Dünyaşöhrətli aktyor Bred Pittin anası Ceyn Etta Pitt 84 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun qardaşı qızı Sidney Pitt instaqram hesabında yazıb.
Qeyd edək ki, Ceyn Etta Pitt bir çox mühüm tədbirdə oğlunu qırmızı xalçada müşayiət edib.
Hələ ki, Bred Pitt baş vermis itki ilə bağlı heç bir açıqlama verməyib.