Bakı. Trend:
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA)nümayəndələri qarşılıqlı əməkdaşlığın çərçivələrini müzakirəedəcəklər.
Trend xəbər verir ki, bubarədə İranın xarici işlər naziri Abbas Araqçi “Tehran”telekanalına açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, AEBA baş direktorunun müavininin yaxınvaxtlarda planlaşdırılan Tehrana səfəri çərçivəsində tərəflərəməkdaşlığın mümkün istiqamətləri üzərində fikir mübadiləsiaparacaqlar.
“Səfərin əsas məqsədi parlamentin qəbul etdiyi yeni qanunkontekstində İranın AEBA ilə dinc nüvə proqramı üzrə əməkdaşlığınıngələcək formasını müəyyənləşdirməkdir. Eyni zamanda agentliyinyoxlamalara dair müraciətləri, bu müraciətlərin Ali MilliTəhlükəsizlik Şurasında qiymətləndirilməsi və cavab mexanizmləri dəmüzakirə olunacaq,” – deyə Araqçi qeyd edib.