Beynəlxalq uçuşların yerinə yetirilməsi üçün açıq olan hava yolları beynəlxalq hava yolu kimi təsnif edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Bu yollar hava gəmisinin dövlətlərarası hərəkətini tənzimləyir.
Onların istifadəsi beynəlxalq razılaşmalar və hava hərəkətinin idarəedilməsi qaydaları əsasında həyata keçirilir.
Beynəlxalq trasların dəqiqliyi və təhlükəsizliyi prioritet hesab olunur.