Ukrayna Futbol Assosiasiyası (UAF) FİFA, AFC, UEFA və İordaniya Futbol Assosiasiyasına rəsmi məktub göndərərək, sentyabrın 4-də Rusiya və İordaniya yığmaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq görüşünün ləğv olunmasını istəyib.
Publika.az xəbər verir ki, bu barədə UAF-ın rəsmi saytında məlumat verilib.
Məktubda UAF Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı 2022-ci ilin fevralında FİFA və UEFA-nın tətbiq etdiyi qadağaya istinad edir.
“Bütün dünya futbol ictimaiyyəti tərəfindən dəstəklənən bu mövqe qüvvədə qalır və Ukrayna xalqı ilə həmrəyliyin mühüm təzahürüdür. Bu beynəlxalq matçların keçirilməsi təkcə idarəetmə orqanlarının qərarlarının deyil, həm də insanlıq, sülh və həyata hörmət kimi əsas prinsiplərin bilavasitə pozulmasıdır. Ukrayna Futbol Assosiasiyası bütün tərəfləri FİFA-nın növbəti pozuntularının qarşısını almaq üçün dərhal müvafiq tədbirlər görməyə çağırır.