Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhəri ətrafında müdafiə strukturları tikilir...
Poliqon xəbər verir ki, bu barədə Ukrayna Hava-Desant Hücum Qoşunlarının komandanı, briqada generalı Oleh Apostol məlumat verib.
Onun sözlərinə görə, Ukrayna ordusu istənilən ssenariyə, o cümlədən Sumı istiqamətində vəziyyətin gərginləşməsinə hazır olmalıdır.
Ona görə də hazırda şəhərin hərtərəfli müdafiəsi üçün istehkamların tikintisi istiqamətində fəal iş aparılır.
Poliqon.info