İki ildən artıqdır vətəndaş toqquşmasının davam etdiyi Sudanın 18 əyalətində vəba xəstəliyi yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin avqustundan bu yana 96 mindən çox yoluxma faktı aşkarlanıb: "Sudan xəstəlik, aclıq, köçkünlük və çarəsizlik içində çabalamaqla dünyanın ən böyük humanitar böhranlarından biri ilə üz-üzədir. Ölkədə təkcə vəba deyil, qızılca və malyariya yayılmaqda davam edir".
Tahir Şəlvəli
MİA.AZ