Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaronun oğlu, ABŞ-yə köçən deputat Eduardu Bolsonaru vətəninə qarşı sanksiyaların gücləndirilməsi üzərində işləyir.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili "O Globo" qəzetinə müsahibəsində etiraf edib.
"Mən bu istiqamətdə işləyirəm. Jair Bolsonarunun ev həbsi barədə ABŞ hakimiyyətini məlumatlandırdım. Ümid edirik ki, yaxın gələcəkdə reaksiya veriləcək", - keçmiş dövlət başçısının oğlu bildirib.
Eduardu Bolsonaru əlavə edib ki, o, atasının Braziliyada mühakimə olunduğu üçün bu qərarı verib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.