AZ

Damrauskas “Levski” ilə oyundan danışdı

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının III təsnifat mərhələsində “Levski”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Sabah “Levski” kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi sabahkı qarşılaşmada nəyin gözlədiyini bilirəm. “Levski” ötən mərhələdə “Braqa”ya qarşı güclü oyun nümayiş etdirdi. Ötən mövsüm Bolqarıstan çempionatında ikinci yeri tutublar. Bu qarşılaşmaya ciddi hazırlaşmışıq. Rəqib çox balanslaşdırılmış komandadır, oyunçularının nəyə qadir olduqlarını bilirik.

Belə komandaya qarşı oynamaq bizim üçün böyük şərəfdir. Öz planımıza əməl etməliyik. Ümidvaram ki, bu, bizə uğur gətirəcək.”

Seçilən
12
futbolpress.az

1Mənbələr