Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudan ilə hava əlaqəsinin dayandırılması barədə qərar qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.
Bildirilir ki, artıq BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi bu barədə Sudan aviaşirkətlərini məlumalandırıb.
"Sudan və BƏƏ arasında bütün uçuşlar dayandırılıb", - telekanalın mənbələri bildiriblər.