Almaniyanın “Bavariya” klubu komandanın əfsanəvi futbolçusu Tomas Müllerin ABŞ-ın “Vankuver Uaytkaps” klubuna transferinə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisi sosial şəbəkə platforması “X”də yayımladığı mesajda uzun illər komandanın formasını geyinmiş oyunçuya belə müraciət edib:
“Sənə ən xoş arzularımızı göndəririk, əfsanə!”
Tomas Müllerin “Vankuver Uaytkaps” ilə imzaladığı müqavilə 2025-ci ilin sonunadək qüvvədə olacaq. Müqavilədə birillik uzadılma opsiyası da yer alır.
Qeyd edək ki, 35 yaşlı hücumçu “Bavariya”dan 2025-ci ilin yayında, Klublarası Dünya Çempionatından sonra ayrılıb. O, Münhen təmsilçisinin heyətində ümumilikdə 756 oyuna çıxaraq 250 qol vurub və 276 məhsuldar ötürmə ilə yadda qalıb.