AZ

37 yaşlı yarımmüdafiəçi "Piza"ya keçib

Xuad Kuadradonun yeni komandası bəlli olub.

İdman.biz xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Piza"ya keçib.

Kolumbiyalı futbolçu kluba sərbəst agent kimi qoşulub. Tərəflər arasında razılaşma bir illik nəzərdə tutulub.

Qeyd edək ki, Kuadrado son mövsümü "Atalanta"da keçirib. O, 23 oyunda 2 qolla yadda qalıb.

İdman.biz

Seçilən
179
idman.biz

1Mənbələr