AZ

“Levski” tarixi klubdur”

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” səfərdə Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, görüş öncəsi keçirilən mətbuat konfransında komandanın futbolçusu Cesse Sekidika jurnalistlərin suallarını cavablandırıb.

Nigeriyalı futbolçu qarşılaşacaqları rəqib barədə fikirlərini bölüşüb:

“Levski” tarixi klubdur. Onlar haqqında ötən həftədən bəri məlumat toplayırıq və yaxşı analiz etmişik.”

Sekidika rəqib meydanda böyük azarkeş dəstəyi ilə oynayacaqlarını qeyd edib:

“Sofiyada böyük azarkeş kütləsi önündə oynayacağımızı bilirik. Mən belə atmosferləri sevirəm. Amma bizim bura gəlməyimizin səbəbi var. Komanda olaraq yaxşı oyun göstərmək və Bolqarıstandan müsbət nəticə ilə ayrılmaq istəyirik.”

Qeyd edək ki, “Levski” – “Sabah” oyunu avqustun 7-də Sofiyada, Georgi Asparuxov adına stadionda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
9
90deqiqe.az

1Mənbələr