AZ

Rusiyada maraqlı hadisə: Yol müfəttişi hərəkət edən maşının qapısından asılı qaldı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Tambov vilayətində maraqlı hadisə baş verib. Nəqliyyatda Nəzarət üzrə Federal Xidmətin (Rostransnadzor) əməkdaşı sənədlərin yoxlanması üçün yük maşınının kabinəsinə qalxan pilləkənin üzərinə çıxıb. Bu zaman sürücü "gözlənilmədən hərəkət etməyə başlayıb" və müfəttiş hərəkət edən maşının qapısından asılı qalıb.

Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk məlumat verib.

Məlumata görə, yük maşınının sürücüsü Rostransnadzorun müfəttişi ilə birlikdə bu vəziyyətdə bir neçə kilometr yol qət edib.

Müfəttiş xəsarət almayıb. Sürücü isə saxlanılıb və barəsində inzibati xətalar haqqında protokol tərtib edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr