OpenAI istifadəçi tərəfindən fərdiləşdirilə bilən gpt-oss-120b və gpt-oss-20b adlı iki dil modelini istifadəyə verib. Metbuat.az xəbər verir ki, istifadəyə verilən iki model pulsuz fəaliyyət göstərir. Bildirilir ki, yenilik AI-nin öyrədilmiş parametrlərinin istifadəçilərlə paylaşılmasına aiddir və tərtibatçılara modeli öz ehtiyaclarına uyğunlaşdırmağa imkan verir. Şirkətin məlumatına görə, modellər mətn əsaslıdır, aşağı qiymətə güclü performans təklif edir. Bildirilir ki, yeni modellər yerli kompüterlərdə asanlıqla işləmək üçün nəzərdə tutulub. Modellər sui-istifadənin qarşısını almaq üçün təhlükəsizlik səbəbi ilə xüsusi olaraq hazırlanıb.