AZ

Dambrauskas: “Levski” ilə matçı səbirsizliklə gözləyirəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Levski” ilə ilk oyunundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Sofiya şəhərində baş tutacaq.

Dambrauskas bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah “Levski” kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi sabahkı qarşılaşmada nəyin gözlədiyini bilirəm. “Levski” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Braqa”ya qarşı güclü oyun nümayiş etdirdi. Ötən mövsüm Bolqarıstan çempionatında ikinci yeri tutublar. Bu komanda ilə qarşılaşmaya ciddi hazırlaşmışıq”.

“Sabah”ın futbolçusu Jesse Sekidika da mətbuat konfransında düşüncələrini bölüşüb:

“Levski” komandasını çox yaxşı təhlil etmişik. Bu görüşün iştirakçısı ola biləcəyim üçün şadam. Belə komandalarla oyunlarda gözəl atmosfer olur. Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik”.

Qeyd edək ki, “Levski” ilə “Sabah” arasındakı ilk matç sabah – avqustun 7-də Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Cavab görüşü isə gələn həftə Bakıda keçiriləcək.

Seçilən
17
arena.az

1Mənbələr