AZ

Cesse Sekidika: "Buraya konkret hədəf üçün gəlmişik"

"Levski"ni yaxşı bilirik, Bolqarıstanın ən güclü komandalarından biridir".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Cesse Sekidika UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" ilə ilk matçdan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Nigeriyalı yarımmüdafiəçi Bolqarıstanda sərfəli nəticə qazanmaq arzusunda olduqlarını bildirib: "Bizi burada nə gözlədiyini bilirik. Güclü rəqiblə oyuna yaxşı hazırlaşmışıq. Ümid edirik ki, burada uğurlu nəticə qazana bilərik. Buraya konkret hədəf üçün gəlmişik".

Qeyd edək ki, "Levski" - "Sabah" qarşılaşması Georgi Asparuxov adına stadionda keçiriləcək.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr