AZ

Zelenski: Moskvada səslənən fikirlərə əsasən, Rusiya artıq atəşkəsə daha çox meyllidir

Apa.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.APA xəbər verir ki, bu barədə Zelenski videomüraciətində deyib. Onun sözlərinə görə, telefon danışığı Trampın nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra həyata keçirilib.

"Bizim tərəfdaşlarla ortaq mövqeyimiz tam aydındır. Müharibə sona çatmalıdır və bu, ədalətli son olmalıdır. Danışıqlarda Avropa liderləri də iştirak edib, onlara dəstəyə görə təşəkkür edirəm. Moskvada elan olunan məsələləri müzakirə etdik. Ukrayna müstəqilliyini mütləq qoruyacaq. Hamımız uzunmüddətli və etibarlı sülhə ehtiyac duyuruq. Rusiya özü başladığı müharibəni dayandırmalıdır. Ukraynaya dəstək verən hər kəsə təşəkkür edirəm," - Zelenski vurğulayıb. Ukrayna lideri əlavə edib ki, Moskvada səslənən fikirlərə əsasən, Rusiya artıq atəşkəsə daha çox meyllidir.

“Onlara qarşı təzyiq öz təsirini göstərir. Əsas odur ki, onlar bizi, eləcə də ABŞ-ı detallarda aldatmasınlar,” – Prezident deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
apa.az

4Mənbələr