"Sabah" Bolqarıstana "Levski" ilə matçda sərfəli nəticə qazanmaq üçün gəlib.
"Report"un məlumatına görə, bunu "Sabah"ın futbolçusu Cesse Sekidika deyib.
Nigeriyalı hücumçu səfərdə Bolqarıstanın "Levski" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Levski" komandasını çox yaxşı təhlil etmişik. Bu görüşün iştirakçısı ola biləcəyim üçün şadam. Belə komandalarla oyunlarda gözəl atmosfer olur. Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik".
Qeyd edək ki, "Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.