AZ

Valdas Dambrauskas: "Avropada uğurlu çıxış bizə çox önəmlidir"

"Yenidən Bolqarıstana dönmək və "Levski" kimi ənənələri ilə qarşılaşmaq çox xoşdur".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" ilə ilk matçdan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Əvvəllər Bolqarıstanda işləyən litvalı mütəxəssis rəqibin gücünü dəyərləndirib: "Rəqib komanda hazırda yüksəlişdədir. "Levski"nin ötən mərhələdə "Braqa" ilə oyunlarına baxmışıq. Onların güclü olduqları tərəflər var, buna baxmayaraq, sabah burada uğurlu nəticə qazanmaq istəyirik. Bizim güclü və zəif tərəflərimiz var. Əlbəttə, onlar da bizi təhlil ediblər. Avropada uğurlu çıxış bizə çox önəmlidir, nəticə özümüzü göstərmək istəyirik".

Dambrauskas "Levski" balanslı komanda olduğunu vurğulayıb. O, rəqibin topa nəzarət etdiyini və daima təzyiq etdiyini bildirib.

Qeyd edək ki, "Sabah"la "Levski" arasında Sofiyada keçiriləcək ilk oyun sabah 22:00-da start götürəcək.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr