AZ

Rus ordusu Torskoye məntəqəsinə yaxınlaşdı

Rusiya hərbçiləri Torskoye və Zareçnoye yaşayış məntəqələrinə hücumları artırıb. Artıq ruslar Torskoye məntəqəsinə yaxınlaşıb, ora davamlı olaraq sızır və möhkəmlənməyə cəhd edirlər.

Axar.az xəbər verir ki, bu barədə “DeepState” layihəsinin məlumatında bildirilib.

“Dronlarla onlar dərhal atəşə tutuldu və bütün cəhdləri puça çıxardı. Buna görə də düşmənin əlində yalnız bir üsul qaldı – piyada ilə irəliləmək. Lakin son bir neçə gündə onlar hücumların intensivliyini azaltdılar və yəqin ki, yenidən qruplaşırlar”, – məlumatda qeyd olunub.

Seçilən
32
1
axar.az

2Mənbələr