AZ

Dəhşətli HELİKOPTER QƏZASI: Müdafiə və digər nazirlər HƏLAK OLDU

Qana Respublikasının müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopter qəzasında dünyasını dəyişib.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Qana hökuməti məlumat yayıb.

Prezident Administrasiyasının açıqlamasına əsasən, qəza zamanı helikopterdə ümumilikdə 8 nəfər — 3 ekipaj üzvü və 5 sərnişin olub.

Ölənlər arasında hər iki nazirin də olduğu təsdiqlənib.

Qəzanın başvermə səbəbi və digər təfərrüatlar hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Seçilən
67
3
olke.az

4Mənbələr