AZ

ABŞ-nin Aİ alkoqoluna tətbiq etdiyi tariflər 25 min iş yeri üçün təhdiddir

ABŞ-nin Avropa İttifaqından (Aİ) olan mallara 15 % idxal rüsumu tətbiq etməsi alkoqol satışının təxminən 2 milyard dollar azalmasına səbəb ola və ABŞ-də 25 min iş yeri üçün təhdid yarada bilər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə 57 sahə assosiasiyasını özündə birləşdirən “Toasts Not Tarifs” koalisiyasının ABŞ Prezidenti Donald Trampa göndərdiyi məktubda deyilir.

Məktubu Avropanın “Diageo” və “Pernod Ricard” kimi iri istehsalçılarını təmsil edən təşkilatlar, həmçinin Amerika şərab və viski istehsalçıları, şüşə təchizatçıları, pərakəndə satıcılar və restoran biznesinin nümayəndələri imzalayıblar.

Müraciətdə koalisiya ədalətli və qarşılıqlı ticarəti təmin etməyə və ən qısa zamanda amerikalı işçilər, bizneslər və istehlakçılar üçün qələbə olacaq razılaşma əldə edilməsinə çağırır. Məktub müəllifləri vurğulayırlar ki, bu addımlar sahə üçün əsas aylar olan oktyabr, noyabr və dekabr aylarına təsadüf edən bayram mövsümü ərəfəsində xüsusilə ağrılıdır.

Bu sahənin nümayəndələrinin fikrincə, yeni tariflər restoranlarda qiymətlərin bahalaşmasına səbəb ola, mövcud iqtisadi çətinlikləri daha da dərinləşdirə və satışa mənfi təsir göstərə bilər. Yüksək həyat səviyyəsi və sağlam həyat tərzinə artan tələbat fonunda alkoqollu içkilərə maraq artıq azalmaqdadır. Şərab digər kateqoriyalara, o cümlədən spirtli içkilərə uduzmaqdadır, sonuncu isə öz növbəsində yerini alkoqolsuz alternativlərə uduzur.

Seçilən
56
report.az

1Mənbələr