AZ

"Fənərbağça"nın yeni mövsümdəki kapitanı açıqlandı

"Fənərbağça" 2025/26 mövsümündə komandanın kapitanlığını Mert Hakan Yandaşa həvalə edib.

Fanat.Az xəbər verir ki, baş məşqçi Joze Mourinyunun qərarına əsasən təcrübəli yarımmüdafiəçi bu mövsüm sarı-lacivərdlilərin əsas lideri olacaq.

Bu barədə məlumatı "TRT Spor" yayıb.

Mert Hakan meydanda olmadığı hallarda kapitan sarğısı aşağıdakı futbolçulardan birinə veriləcək:

İrfan Can Kahveci,Fred,Milan Şkrinyar.

Bu dörd futbolçu Mourinyunun idarəçiliyi altında komandanın liderlik yükünü daşıyacaq əsas adlar kimi seçilib.

Kamil Xudiyev

 

Seçilən
10
2
fanat.az

4Mənbələr