AZ

“2 ildir qurdlarla mübarizə aparırıq” – Xətai sakinlərindən ŞİKAYƏTVİDEO

Fərdi evlərdə yaşayan bu sakinlər havalar istiləşən kimi həyətlərini qurd basdığını deyirlər.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Azadlıq küçəsindəndir.

Sakinlərin sözlərinə görə, iki ildir hər yay bu küçədə qurdlar kütləvi şəkildə yayılır. Onlar bildirirlər, qurdların çoxalmasına səbəb ərazidəki qurumuş ağaclardır. 

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə yerində baxış keçirilib, bu qurdların amerikan kəpənəyi olduğu müəyyən edilib. Qurum tərəfindən müvafiq orqanlara məlumat verilib, lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Seçilən
116
xezerxeber.az

1Mənbələr