AZ

Qvardiola: “Ancaq irəli getmək haqda düşünürük”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qarşıdakı yeni mövsümlə bağlı gözləntiləri haqda qənaətini açıqlayıb.

Arena.az “City Xtra” dərgisinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Ancaq bircə gözləntim var: mümkün hər şeyi etmək, ilk oyunları qazanmaq, özünə əminlik hasil etmək və irəli getmək. Hər yeni mövsüm nədəsə əvvəlkinə bənzəyir, amma biz eyni zamanda, elə, son on ildə etdiyimizi etməyə davam edirik.

Əlbəttə, biz ötən mövsümdəkindən daha artığına nail olmaq istəyirik. Ancaq hər dəfə, biz, başlanğıc ərəfəsində, nəyə nail olacağımız haqqında düşünmürük belə”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, “Mançester Siti” ardıcıl dörd mövsüm çempionluqdan sonra ötən mövsümü 3-cü yerdə başa vurub. “Şəhərlilər” növbəti mövsümdə qitənin ən nüfuzlu yarışı Çempionlar Liqasında çıxış edəcəklər.

Seçilən
93
arena.az

1Mənbələr