AZ

ABŞ da hərbi bazada atışma baş verib

ain.az bildirir, Apa.az portalına istinadən.

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında naməlum şəxs tərəfindən atəş açılıb.APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.Hadisə nəticəsində hərbi obyekt qismən bağlanıb.

“Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəş açılması ilə bağlı insidentin baş verdiyini təsdiqləyə bilərik”, – deyə bazanın nümayəndəsi, polkovnik-leytenant Endjel Tomko bildirib.

Hadisənin səbəbləri və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.

Agentliyin qeyd etdiyinə görə, Fort-Styuart ABŞ-ın ən iri hərbi bazalarından biridir və burada minlərlə hərbçi xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
100
3
apa.az

10Mənbələr