AZ

Dəhşətli HELİKOPTER QƏZASI: Müdafiə və digər nazirlər HƏLAK OLDU

Qana Respublikasının müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopter qəzasında dünyasını dəyişib.

Bu barədə Qana hökuməti məlumat yayıb.

Prezident Administrasiyasının açıqlamasına əsasən, qəza zamanı helikopterdə ümumilikdə 8 nəfər — 3 ekipaj üzvü və 5 sərnişin olub.

Ölənlər arasında hər iki nazirin də olduğu təsdiqlənib.

Qəzanın başvermə səbəbi və digər təfərrüatlar hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Seçilən
66
3
tribunainfo.az

4Mənbələr