AZ

Tramp: Rusiya ABŞ üçün fövqəladə təhlükədir - ÖZƏL

ABŞ prezidenti Donald Tramp yeni rüsum fərmanında Rusiyanın guya ABŞ üçün "fövqəladə təhdid" təşkil etdiyini bəyan edib.

Sənəd Ağ Evin rəsmi saytında dərc olunub.

"Rusiya hökumətinin fəaliyyəti və siyasəti ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə qeyri-adi və fövqəladə təhdid olaraq qalır", - sənəddə vurğulanır.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı rüsumlarla bağlı qərarı prezident Vladimir Putin və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun Moskvadakı danışıqlarından sonra verəcək.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr