ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri Rusiya-Ukrayna müharibəsinin gedişinə prinsipial təsir göstərməyəcək, çünki Rusiya qəbul edilə bilən həll yolları təklif etmək iqtidarında deyil. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak RBC-Ukraynaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı iddialarından əl çəkməyib və təcavüzünü davam etdirmək niyyətindədir.
“Putinə təkcə faktiki işğal yox, həm də Avropanın yeni ərazilərin ələ keçirilməsinə haqq tanıması lazımdır. Onun məqsədi vaxt qazanmaq, neft və qaz ixracından Hindistan, Braziliya və Çinə gəlir əldə etməyə davam etmək, eyni zamanda Tramp administrasiyasının ritorikasını yumşaltmaq və ABŞ-ın müharibəyə diqqətini azaltmaqdır”, – Podolyak vurğulayıb.
//Samir Qurbanov, Editor.az