ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alli Samatta Fransanın " Le Havre" komandasına keçib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, komandadan verilən açıqlamada 32 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalandığı və onun 70 nömrəli formanı geyinəcəyi bildirilib.
2020-ci ildə İngiltərənin "Aston Villa" klubundan "Fənərbağça"ya keçən və 2024-cü ilə qədər müqavilə imzalayan Samatta 2021-2022 mövsümündə Belçikanın Antverpen komandasında icarə əsasında çıxış edib, 2022-2023 mövsümündə də Belçikanın "Genk" komandasında çıxış edib.
2023-cü ilin iyulunda "PAOK" transfer olan tanzaniyalı futbolçu 64 matçda 8 qol vurub.
Fərid
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.