AZ

Kanadada təhlükəli təbiət hadisəsi barədə xəbərdarlıq edilib

Kanada alimləri qədim Tintina layında güclü zəlzələyə səbəb ola biləcək seysmik enerji toplanmasına dair əlamətlər aşkar ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “Geophysical Research Letters” (GRL) xəbər verir.

Tədqiqatçılar müəyyən ediblər ki, qeyri-aktiv hesab edilən bu tektonik qırılma əslində 7,5 və daha yüksək bal gücündə zəlzələni saxlamaq potensialına malikdir.

Təxminən 1000 km uzunluğunda olan Tintina çatı Yukon ərazisində yerləşir və Alyaskaya qədər uzanır. Əvvəllər onun son 40 milyon il ərzində aktivlik göstərmədiyi güman edilirdi, lakin yeni məlumatlara əsasən son milyon il ərzində yer qabığının 1,5 min metrə qədər hərəkət etdiyini göstərir.

Xüsusilə son 12 min ildə bu bölgədə seysmik aktivliyin olmaması alimləri narahat edir. Belə uzun müddətli  "sükut" dağıdıcı zəlzələyə səbəb ola biləcək əhəmiyyətli enerjinin yığılması deməkdir. Ən böyük təhlükə çatın Douson şəhərinə 20 km yaxınlıqda yerləşməsidir.

Tədqiqatçılar mümkün nəticələr barədə xəbərdarlıq ediblər. Sabitliyə baxmayaraq, elm adamları bu bölgənin artan seysmik təhlükə zonasına daxil edilməsində və əlavə tədqiqatların aparılmasında israrlıdırlar.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr