AZ

Dövlət büdcəsinin gəlirləri yeddi aylıq proqnozu 3,1% üstələdi

Finss.az - 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 480,9 milyon manat təşkil edib.

Bu göstərici yeddi aylıq proqnozla müqayisədə 707,9 milyon manat və ya 3,1 faiz artıqdır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri isə 20 milyard 586,9 milyon manat proqnozlaşdırıldığı halda, faktiki icra 19 milyard 944,6 milyon manat səviyyəsində olub. Bu da proqnozun 96,9 faizi deməkdir.

Rəsmi məlumatlara əsasən, yeddi ay ərzində büdcədə müsbət saldo müşahidə olunub. Belə ki, gəlirlər xərcləri təxminən 3,5 milyard manat üstələyib.

Seçilən
24
18
fins.az

10Mənbələr