E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.
Ajans.az Unikal-a istinadən xəbər verir ki, hadisə barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məlumat yayılıb. Qurumdan bildirilib ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.