BAKI, 6 avqust. TELEQRAF
ABŞ-ın Corciya ştatındakı "Fort Stewart" hərbi bazası silahlı hücum olub.
Teleqraf xəbər verir ki, bu barədə hərbi bazanın Facebook hesabında açıqlama yayılıb.
Bildirildiyinə görə, nəqliyyatın hərəkəti məhdudlaşıdırılıb,tələfat var.
Açıqlamada ölənlərin olduğu və hadisənin davam etdiyi qeyd edilib.
Hadisə yerinə yaxın olan şəxsi heyətə olduqları yerdə qalmaları, bütün qapı və pəncərələri bağlı saxlamaları tapşırılıb.