Patriot sistemləri üçün raketlər də yardım paketinə daxildir...
Poliqon xəbər verir ki, İsveç, Danimarka və Norveç Ukraynaya ABŞ silahlarının sürətlə çatdırılması təşəbbüsü çərçivəsində ümumilikdə 500 milyon dollardan çox vəsait ayıracaq. Bild nəşrinin məlumatına görə, bu barədə NATO üzvü olan üç ölkənin hökumətləri açıqlama yayıb.
İsveç bu təşəbbüsə 275 milyon dollar, Danimarka 580 milyon Danimarka kronu (təxminən 90 milyon dollar), Norveç isə 1,5 milyard Norveç kronu (təxminən 146 milyon dollar) vəsait ayırır.
Skandinaviya yardım paketi Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri üçün raketləri də əhatə edir. Bu barədə İsveçin müdafiə naziri Pål Jonson məlumat verib.
Poliqon.info